Bakıda təlim-məşq toplanışında olan “Kəpəz”in əvəzedici heyəti sonuncu yoxlama oyununu keçirib. Sportinfo.az xəbər verir ki, gəncəlilər “Zirə”nin əvəzedici heyəti ilə qarşılaşıblar. Görüş zirəlilərin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Xatırladaq ki, bundan öncə “Kəpəz” paytaxt hazırlığı çərçivəsində ilk oyunda “Qarabağ”ın əvəzedici heyəti ilə qolsuz heç-heçə etmiş, “Qəbələ”nin əvəzedici heyətinə isə 0:3 hesabı ilə uduzmuşdu.

