Təlim-məşq toplanışını Bakıda davam etdirən “Kəpəz”in əvəzedici heyəti ikinci yoxlama oyununu keçirib. Sportinfo.az xəbər verir ki, “sarı-göylər” “Qəbələ”nin əvəzedici heyəti ilə görüşüb.
“Dalğa Arena”nın yardımçı meydançasında reallaşan matç rəqibin 3:0 hesablı qələbəsi ilə başa çatıb. "Kəpəz” paytaxtda daha bir yoxlama görüşü keçirəcək. Gəncə təmsilçisi iyulun 20-də “Zirə”nin əvəzedici heyəti ilə üz-üzə gələcək.

