“Qarabağ”la “Kəpəz” qolsuz bərabərliyə razılaşdı

16 İyul 2017 00:08 Əvəzedicilər 757
“Qarabağ”la “Kəpəz” qolsuz bərabərliyə razılaşdı

Təlim-məşq toplanışının ikinci mərhələsi üçün Bakıda olan “Kəpəz”in əvəzedici heyəti ilk yoxlama oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, “sarı-göylər” “Qarabağ”ın əvəzedici heyəti ilə qarşılaşıb. Oyun qolsuz heç-heçə ilə nəticələnib – 0:0.

“Kəpəz” paytaxtda daha iki yoxlama görüşü keçirəcək. İyulun 17-də “Qəbələ”nin, ayın 20-də isə “Zirə”nin əvəzedici heyətləri komandamızın rəqibləri olacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti