"Neftçi”nin əvəzedici komandası təlim-məşq toplanışı çərçivəsində ikinci yoxlama oyununu keçirib. Sportinfo.az xəbər verir ki, "ağ-qaralar" "Sumqayıt”ın əvəzediciləri ilə qarşılaşıb.
İsmət Qayıbov adına təlim-məşq bazasının meydançasında baş tutmuş görüş heç-heçə nəticələnib – 1:1. "Neftçi”nin heyətində Azər İsmayılov fərqlənib. "Neftçi" iyulun 19-da keçiriləcək növbəti yoxlama oyununda "Səbail”in əvəzediciləri ilə qarşılaşacaq.

