"Sumqayıt" "Qarabağ", "Zirə" və "Qəbələ" ilə üz-üzə gələcək

14 İyul 2017 20:36 Əvəzedicilər 565
"Sumqayıt" "Qarabağ", "Zirə" və "Qəbələ" ilə üz-üzə gələcək

“Sumqayıt”ın əsas komandası kimi əvəzedici heyəti də 2017/2018 mövsümü üçün hazırlığın 1-ci mərhələsini başa vurub. Sportinfo.az xəbər verir ki, komanda Elbrus Məmmədovun rəhbərliyi altında 1-ci mərhələdə son yoxlama oyununu keçirib.

“Kapital Bank Arena”da Birinci Divizion təmsilçisi “Şüvəlan” ilə qarşılaşan əvəzedicilər 0:2 hesabı ilə məğlub olub. Komanda 1 günlük istirahətin ardından yeni mövsüm üçün təlim-məşq toplanışına start verəcək. Toplanış çərçivəsində "Sumqayıt"ın əvəzedici heyəti 4 yoxlama oyunu keçirəcək.

Elbrus Məmmədovun yetirmələri ilk yoxlama oyununu iyulun 15-də səfərdə “Neftçi”nin əvəzedicilərinə qarşı keçirəcək. Növbəti oyunlar isə iyulun 18-i, 20-si və 22-si tarixlərində müvafiq olaraq, “Qarabağ” (U-19), “Zirə” (əvəzedici) və “Qəbələ” (əvəzedici) ilə “Kapital Bank Arena”da baş tutacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti