İyul ayının 1-dən Gəncədə yeni mövsüm üçün məşqlərə start verən “Kəpəz”in əvəzedici heyəti hazırlığın ilk mərhələsini artıq başa vurub.
Sportinfo.az xəbər verir ki, "sarı-göylər"in toplanışının növbəti hissəsi Bakıda olacaq. Komanda ayın 13-dən 20-nə kimi paytaxtda məşq edəcək.
“Kəpəz” “Dalğa Arena”da gündə iki dəfə hazırlıq keçəcək. Bakıda olduğu müddətdə əvəzedicilər üç yoxlama oyununa çıxacaq.

