"Nə gizlədim, tapşırıq birinci pilləni tutmaqdır"

26 Aprel 2022 02:50 Əvəzedicilər 443
"Nə gizlədim, tapşırıq birinci pilləni tutmaqdır"

Futzal üzrə Yüksək Liqanın cari mövsümündə əsas mərhələ başa çatdı və pley-off görüşlərində iştirak edəcək cütlüklər müəyyənləşdi.

Sportinfo.az xəbər verir ki, çempionluq yolundakı vacib oyunlardan əvvəl isə Azərbaycan kubokunun yarımfinal görüşləri baş tutacaq.

Cütlüklərdən biri hər iki cəbhədə bir-birinə rəqib olub. Söhbət EKOL – “Neftçi” İK duellərindən gedir.

Bu komandalar 8 gün ərzində minimum 3 vacib qarşılaşmada üz-üzə gələcəklər. Bəs komandalar baş məşqçilər nə düşünür? EKOL-un oynayan baş məşqçisi Radik Əhmədovu dinləyək:

“Record”la duel əsas mərhələdə son matçımız oldu. İkinci pilləni tutmaqla pley-offa vəsiqəni qazandıq. Əslində, bu yeri əvvəlki turdan təmin etmişdik.

Sadəcə, “Record”la duel pley-off görüşünə hazırlıq xarakteri daşıyırdı. Əlbəttə, hər bir komanda mövsümə start verəndə qarşısına müəyyən məqsədlər qoyur.

Nə gizlədim, tapşırıq birinci pilləni tutmaqdır. Düzdür, əsas mərhələdə bunu bacarmadıq, lakin vacib olan tapşırıqlardan birinin öhdəsindən gəldik.

Pley-off oyununa qədər bizim ölkə kubokunun yarımfinal mərhələsində də matçımız var. İş elə alınıb ki, yarımfinalda da pley-offdakı rəqibimizdə gücümüzü sınayacağıq.

Hazırlaşacağıq, hər iki cəbhədə uğur qazanmaq istəyirik. Məşqlərimizi Gənclik İdman Kompleksində həyata keçirəcəyik.

Sevindirici məqam odur ki, məsul oyunlara itkisiz hazırlaşacağıq. Çünki heyətimizdə cəzalı və zədəli futzalçı yoxdur.

Ümid edirəm ki, hazırlıq mərhələsini də itkisiz tamamlayıb, mövsümü arzuladığımız mükafatları qazanaraq başa vuracağıq”.

Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"