“Qəbələ” yeni baş məşqçi ilə Bakıda 3 yoxlama oyunu keçirəcək

9 İyul 2017 15:48 Əvəzedicilər 1 010
“Qəbələ” yeni baş məşqçi ilə Bakıda 3 yoxlama oyunu keçirəcək

“Qəbələ”nin əvəzedicilərdən ibarət komandası yeni mövsümün hazırlıqlarını davam etdirir. Sportinfo.az kluba istinadən xəbər verir ki, iyulun 5-də bir araya gələn “qırmızı-qaralar” məşqlərini Qəbələ şəhər stadionunda gerçəkləşdirir.

Baş məşqçi Elmar Baxşıyevin rəhbərliyi altında çalışan komanda iyulun 16-dək doğma arenada hazırlıq keçəcək. Ardınca Bakıya yollanacaq əvəzedicilər məşqlərini paytaxtda davam etdirəcək.

İyulun 23-nə qədər sürəcək hazırlıq prosesinin ikinci hissəsində üç yoxlama oyununun keçirilməsi nəzərdə tutulub. “Qəbələ” ilk matçını ayın 17-də keçirəcək. Komanda Bakıda “Kəpəz”in əvəzediciləri ilə üz-üzə gələcək.

Üç gün sonra “qırmızı-qaralar” Sumqayıtda eyniadlı klubun əvəzediciləri ilə qarşılaşacaq. “Qəbələ”nin üçüncü matçı isə ayın 23-də baş tutacaq. Həmin yoxlama oyunundakı rəqibin adı hələ dəqiqləşməyib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti