"Qəbələ" rəhbərliyi əvəzedici heyətin baş məşqçisi Hüseynqulu Quliyevlə yolları ayırıb. Sportinfo.az-ın məlumatına görə, uzun illərdə əyalət klubunda çalışan mütəxəssisin işini itirməsinə səbəb çalışdırdığı komandanın çempionatın son turlarında uğursuzluq zolağına düşərək titulu qazana bilməməsidi.
UEFA Gənclər Liqasında Moskva "Dinamo"sunna böyükhesablı məğlubiyyətləri Quliyevə keçən yönətim bu dəfə çempionluğun "Qarabağ"a qismət olmasını ona bağışlamayıb. O, bundan belə "Zirə"də eyni vəzifəni yerinə yetirəcək. Ötən mövsüm "dubl"un sükanı arxasında əyləşən İlham Qurbanova isə 19 yaşlılar tapşırılıb.

