“Araz” bu dəfə Rumıniya çempionuna qalib gəldi

29 Oktyabr 2021 18:00 Əvəzedicilər 938
“Araz” bu dəfə Rumıniya çempionuna qalib gəldi

"Araz-Naxçıvan" futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsində ikinci oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, B yolunda yer alan Joze Alesio Da Silvanın baş məşqçi olduğu kollektiv 6-cı qrupdakı növbəti sınağında Rumıniyadan "Yunayted Qalati" ilə üz-üzə gəlib.

Ukraynanın İvano-Frankovsk şəhərindəki Peşəkar Bədən Tərbiyə Kollecinin zalında oynanılan qarşılaşma Azərbaycan təmsilçisinin 5:3 hesablı qələbəsi ilə yekunlaşıb.

"Araz-Naxçıvan"ın qollarını David Qustavo (2), Maneka, Murilo Borges və Felipinyo, "Yunayted Qalati"nin hər üç qolunu isə Daniel Araujo vurub. 35-ci dəqiqədə rəqibin heyətində Octavian Çires qırmızı vərəqə alıb.

İlk görüşdə Ukrayna "Uraqan"ına 1:2 hesabı ilə uduzan Azərbaycan təmsilçisi üçüncü maçtını oktyabrın 31-də Kosovonun "Ligeni" komandasına qarşı keçirəcək.

6-cı qrupun oyunları Ukraynada keçirilir. Bu qrupun digər matçında "Uraqan" və "Ligeni" komandaları üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

“Araz” – “Yunayted Qalati” 5:3
Qol: D.Qustavo, 3:30; 35:88. Maneka, 5:20. M.Borges, 19:43. Felipinyo, 36:50 – D.Arauxo, 6:58; 16:48; 36:37.
Hakimlər: Deyan Veseliç (Sloveniya), Ozan Soykan (Türkiyə), Yosip Barton (Şimali Makedoniya).
Timekeeper: Denis Kutsi (Ukrayna).
Hakim-inspektor: Patrik Villemark (Belçika).
UEFA nümayəndəsi: Stefan Kammerer (Almaniya).
Ukrayna. İvano-Frankovsk, Peşəkar Bədən Tərbiyə Kollecinin zalı.

Araz: 12. Rövşən Hüseynli (k), 13. Amir Şocaeyi, 11. Xətai Bağırov, 17. Felipinyo, 6. David Qustavo, 1. Emin Kürdov, 15. Hadi Ahmadi, 7. Ramiz Çovdarov, 8. İsa Atayev, 9. Maneka, 14. Murilo Borges, 18. Nurlan Mehdizadə, 20. Tofiq Mikayılov.
Baş məşqçi: Joze Alesio Da Silva.

Yunayted Qalati: 12. Toni Tonita, 4.Konstantin Burdujel (k), 8. Sergey Takot, 9. Oktavian Kires, 14. Daniel Arauxo, 2. Alin-Robert Kardei, 1. İonut Paduraru, 5. Daniel-Kosmin Petiça, 6. Lukas, 7. Marius Andrey Arhire, 11. Robert Krişan, 13. Florin İqnat, 17. Rares Oana.
Baş məşqçi: Florin İqnati.

Xal durumu: Ligeni – 3, Uraqan – 3, Araz – 3, Yunayted Qalati – 0.

Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"