De Byazi məğlubiyyəti futbolçuların "üstünə yıxdı"

2 Sentyabr 2021 01:30 Əvəzedicilər 2 116
De Byazi məğlubiyyəti futbolçuların "üstünə yıxdı"

"Birinci hissədə oyunumuz alınmadı, imkanlarımızdan aşağı çıxış etdik. Nəticədə fərdi səhvlərdən 2 qol buraxdıq.

Fasilədə 3 dəyişikliyə əl atdıq. Bundan sonra yaxşı imkanlarımız oldu. Amma uşaqlar ilk dəqiqələrdən daha istəkli olmalı idilər".

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi səfərdə Lüksemburqa 1:2 hesabı ilə uduzduqları dünya çempionatının seçmə mərhələ oyunundan sonra mətbuat konfransında deyib.

65 yaşlı mütəxəssis bildirib ki, start heyəti ilə bağlı suala cavab vermək çox çətindir:

"Müdafiədən hücuma keçməkdə çətinlik çəkirdik. Amma ikinci yarıda yaxşı qol imkanlarımız oldu. Təəssüf ki, istifadə edə bilmədik".

Digər Xəbərlər
Xəbər Lenti