Azərbaycan klubunun kapitanı Lusioya şərik çıxdı

26 Avqust 2021 09:00 Əvəzedicilər 1 134
Azərbaycan klubunun kapitanı Lusioya şərik çıxdı

Çempionlar Liqasının ilkin mərhələsində bu gün son oyununu keçirən “Araz-Naxçıvan”ın kapitanı Rizvan Fərzəliyev Avropa rekordunu təkrarlayıb.

Sportinfo.az xəbər verir ki, futzalçımız Lusionun rekorduna təkrarlamaqla yadda qalıb.

Həm də millimizin kapitanı olan Fərzəliyev Latviya çempionu “Raba” ilə dueldə 69-cu dəfə klub səviyyəsində beynəlxalq rəsmi görüş keçirib. O, ilk dəfə 6 oktyabr 2003-cü ildə bu turnirin keçmiş adı – UEFA Kubokunda debüt edib.

Həmin vaxt kapitan AMMK-nın heyətində yer alıb. UEFA-nın rəsmi səhifəsi də Rizvanın Lusionun 69 oyunluq rekordunu təkrarladığını qeyd edib.

“Araz-Naxçıvan” bu qarşılaşmada 8:4 hesablı qələbə qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 07:30 “Zirə”də 4 yeni isim
16 Sentyabr 01:10 “Nefttçi" o imzanı atdı!
16 Sentyabr 00:30 AFFA-da 3 yeni təyinat