Futzal üzrə Yüksək Liqanın 2021-2022-ci il mövsümündə 8 komanda iştirak edəcək.
Onlardan 5-i ötən çempionatda da gücünü sınayıb.
Daha 2 klub isə debütantdır və biri – “Alyans” FK Lənkəranı təmsil edir.
Federasiya gənc futzalçıların inkişafı və təcrübə toplaması, eləcə də qarşıdan gələn Avropa çempionatına daha yaxşı hazırlaşması məqsədi ilə 19 yaşadək futzalçılardan ibarət millinin də Yüksək Liqada iştirakına icazə verib.
Beləliklə, Yüksək Liqanın 2021-2022-ci il mövsümündə bu komandalar mübarizə aparacaq: “Araz-Naxçıvan”, “Neftçi” İK, EKOL, “Rekord club az”, “Alyans” FK (Lənkəran), “Baku Fire”, “Xilə” və U-19.
Çempionat 3 dövrədən və pley-off mərhələsindən ibarət olacaq. İlk 4 pillədə yer alacaq komandalar (1-4, 2-3) qalibi müəyyənləşdirəcəklər.
İlk 4 yeri tutan komandalar pley-offa vəsiqə qazanacaq. Pley-off oyunu 2 qələbəyə qədər davam edəcək Qaliblər finala vəsiqə qazanacaq, məglublar 3-cu yer uğrunda oynayacaqlar
Ötən il çempionatda 19 yaşla bağlı limit mövcud idi. Gələn sezonda o limit olmayacaq. Əvəzində u-19 komanda şəklində iştirak edəcək
SPORTİNFO.AZ

