"Araz-Naxçıvan" "Sabah"la qarşılaşacaq

8 Sentyabr 2023 03:30 Əvəzedicilər 792
"Araz-Naxçıvan" "Sabah"la qarşılaşacaq

Milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilədən istifadə edən “Araz-Naxçıvan-2” yoxlama oyunu keçirəcək.

Sportinfo.az xəbər verir ki, Muxtar Respublika təmsilçisi sentyabrın 9-da “Sabah”ın U-19 komandası ilə üz-üzə gələcək.

ASK Arenada keçiriləcək matç saat 18:00-da başlayacaq.

Zaur İsmayılovun baş məşqçisi olduğu “Araz-Naxçıvan-2” 5 oyundan 6 xal toplayıb və turnir cədvəlində 6-cı pillədə qərarlaşıb.

Xəbər Lenti