Baş məşqçini yola saldılar, köməkçisini yerinə təyin etdilər

2 İyul 2024 17:40 Əvəzedicilər 3 151
Baş məşqçini yola saldılar, köməkçisini yerinə təyin etdilər

«Səbail»in əvəzedici heyətinə yeni baş məşqçi təyin edilib.

Bu posta Ramiz Hüseynov gətirilib.

Bayıl təmsilçisi onunla birillik müqavilə bağlayıb.

Son iki mövsümdə «dənizçilər»in ikinci komandasını Asif Mirili çalışdırıb. Gənc mütəxəssis klub rəhbərliyi ilə arasında yaranan narazılığa görə iş yerini itirib.

Yeni çalışdırıcı isə bu müddətdə onun köməkçisi olub.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
5 İyul 16:00 10-cu AYRILIQ XƏBƏRİ
5 İyul 08:20 Quliyev Serbiya yolunda