İki braziliyalı, iki azərbaycanlı – 4:1 FOTOREPORTAJ

30 Yanvar 2021 09:20 Əvəzedicilər 832
İki braziliyalı, iki azərbaycanlı – 4:1 FOTOREPORTAJ

Futzal üzrə Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində ilk oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, 3-cü qrupda yer alan Joze Alesio Da Silvanın başçılıq etdiyi kollektiv Slovakiya yığmasını qəbul edib.

Bakı İdman Sarayında oynanılan qarşılaşma Azərbaycanın 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Görüşdə ilk qol 5-ci dəqiqədə vurulub. Meydan sahiblərinin heyətində Tyaqo Bolinya fərqlənib. 15-ci dəqiqədə qonaqlar hesabı bərabərləşdiriblər. Vassura avtoqol müəllifi olub.

34-cü dəqiqədə slovakiyalıların heyətində Anton Brunovski 2-ci sarı vərəqəni alaraq meydandan qovulub. 38-ci dəqiqədə Everton Kardoso yığmanı önə keçirib. 40-cı dəqiqədə Xətai Bağırov 3-cü qolu rəqibin qapısından keçirib. Görüşdə son nöqtəni isə İsa Atayev qoyub.

Azərbaycan millisi bu qələbə ilə qrupda ilk pilləyə yüksəlib. İkinci sırada eyni xala malik Moldova seçməsi qərarlaşıb. Yunanıstan 3-cü, Slovakiya isə sonuncudur.

Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı