"Mən onun məşqçisi ola bilməzdim, amma onun adını çəkməli idim"

13 İyun 2024 18:20 Dünya futbolu 1 839
"Mən onun məşqçisi ola bilməzdim, amma onun adını çəkməli idim"

Portuqaliyalı məşqçi Joze Mourinyo “heç vaxt işləmədiyi futbolçulardan hansını komandasına almaq istəyərdi” sualına cavab verib.

Sportinfo.az “TNT Sports”-a istinadən xəbər verir ki, Mourinyo Lionel Messiyə işarə vurub və onu bir nəslin ən yaxşı oyunçusu hesab etdiyini deyib:

“Əlbəttə ki, balaca oğlanı deyəcəm. Mən onun məşqçisi ola bilməzdim, amma onun adını çəkməli idim. O, bizim nəslin ən yaxşısı idi”.

Lionel Messi karyerası ərzində 8 dəfə “qızıl top”u qazanıb. Kriştiano Ronaldo isə bu mükafatı 5 dəfə əldə edib.

Joze Mourinyo bir müddət əvvəl “Fənərbaxça”nın baş məşqçisi olub.

Digər Xəbərlər
Xəbər Lenti