Mahirin komandasından ÇL-də SÜRPRİZ məğlubiyyət - VİDEO

16 Avqust 2023 00:30 Bizimkilər 1 071
Mahirin komandasından ÇL-də SÜRPRİZ məğlubiyyət - VİDEO

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin də formasını geyindiyi "Dinamo" (Zaqreb, Xorvatiya) Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində ilk oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, Zaqreb təmsilçisi evdə Yunanıstan AEK-i ilə qarşılaşıb.

Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Mahir də bu oyunun iştirakçısı olub. O, 46-cı dəqiqədə Dario Şkipiçin əvəzinə meydana çıxıb.

Bu komandalar arasında cavab matçı avqustun 19-da Yunanıstdanda keçiriləcək.

İik görüş avqustun 8-də Yunanıstanda olmalı idi. Lakin matçdan əvvəl iki komandanın azarkeşləri arasında qarşıdurma yaşandığı üçün oyun təxirə salınıb.

Həmin iğtişaşda AEK-in 22 yaşlı azarkeşi aldığı bıçaq zərbəsindən dünyasını dəyişib. Hadisəyə görə ittiham olunan 105 nəfər saxlanılıb. UEFA hər iki oyunun azarkeşsiz keçirilməsinə qərar verib.

"Dinamo" (Zaqreb, Xorvatiya) - AEK (Yunanıstan) - 1:2

Qollar: Bulat, 39 - Zuber, 59, Qalanopulos, 90

"Maksimir stadionu"

Digər Xəbərlər
Xəbər Lenti