“Ermənistan daha Rusiyaya arxalana bilməz” - Paşinyan

14 Sentyabr 2023 03:40 Dünya futbolu 887
“Ermənistan daha Rusiyaya arxalana bilməz” - Paşinyan

“Ermənistan daha öz təhlükəsizliyinin təminatçısı kimi Moskvaya arxalana bilməz”.

Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan “Politico” nəşrinə müsahibəsində deyib.

Onun sözlərinə görə, Ukraynadakı hadisələr nəticəsində Rusiyanın imkanları dəyişib:

“Bu vəziyyətdə Ermənistanın strategiyası ölkənin digərlərindən asılılığını maksimum dərəcədə azaltmaqdır.

Biz müstəqil ölkəyə sahib olmaq istəyirik, lakin bizim Qərb və Şərq, Şimal və Cənub arasında toqquşmaların mərkəzində qalmamaq üçün yollarımız olmalıdır. Ermənistan “proksi” ola bilməz. Bu, yolverilməzdir”.

Paşinyan, həmçinin müsahibəsində Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilən rusiyalı sülhməramlıları öz missiyalarını yerinə yetirməməkdə ittiham edib: “Bununla belə, deyə bilmərəm ki, rusiyalı sülhməramlılar Qarabağda olmasaydı, vəziyyət daha yaxşı olardı”.

N.Paşinyan sentyabrın 2-si İtaliyanın “La Repubblica” qəzetinə müsahibəsində də Rusiyanın regiondakı roluna dair bir sıra fikirlər səsləndirib.

Onun sözlərinə görə, sülhməramlılar öhdəliklərinə düşən vəzifələri icra etmirlər.

O, eyni zamanda təhlükəsizlik sahəsində Rusiyadan asılı olmağı səhv adlandıraraq bildirib ki, Ermənistan strateji təhlükəsizliyini qurarkən tək Rusiyaya arxalanmamalı idi.

Bunun ardınca Rusiya XİN və Kreml Paşinyanın açıqlamalarına cavab verib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı