"Azərbaycandan təklif göndərənlər oldu, hələ qərar verməmişik"

9 Avqust 2023 03:50 Bizimkilər 604
"Azərbaycandan təklif göndərənlər oldu, hələ qərar verməmişik"

Azərbaycan milli komandasının futbolçusu Ozancan Kökçünün karyerasını ölkəmizdə davam etdirmək ehtimalı olması haqda xəbər vermişdik.

Sportinfo.az xəbər verir ki, futbolçunun atası, həm də menecerliyini edən Halis Kökçü sportal.az-a açıqlamasında oğlunun Premyer Liqamızda oynamaq ehtimalını dəyərləndirib:

"Bəli, Ozana təkliflər var. Ötən mövsüm çox yaxşı performans nümayiş etdirdi. Ona görə də təkliflərin gəlməsi normaldır.

Ancaq 100 faiz qərarımızı verməmişik. Azərbaycan klublarından da təklif göndərənlər oldu.

Avropa və Türkiyə klublarından da həmçinin. Lakin hələ qərar verməmişik.

Ozan üçün hansı xeyirlidirsə, ondan yana qərarımızı verəcəyik. O, Azərbaycanda oynamaq istəyər.

Hər halda zaman hər şeyi göstərəcək. Xeyirlisi olsun. Necə olacağını yaxın günlərdə görəcəyik".

24 yaşlı futbolçu “Bursaspor”, “Velveyk”, “Giresunspor”, “Sabah”, “Telstar” klublarında oynayıb. Onun “Eyndhoven”lə müqaviləsi 2024-cü il iyunun 30-da başa çatacaq.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"