Karantin qaydalarını pozduğu üçün üzr istədi

31 Mart 2020 11:20 Dünya futbolu 358
Karantin qaydalarını pozduğu üçün üzr istədi

"Ayaks"ın futbolçusu Kvinsi Promes koronavirusla əlaqədar karantin qaydalarını pozduğu üçün üzr istəyib.

Sportinfo.az xəbər verir ki, bu barədə 28 yaşlı hücumçu şəxsi "Instagram" səhifəsində yazıb.

O, futbol üçün çox darıxması səbəbindən Amsterdamda dostları ilə oynadığını bildirib. Təcrübəli forvard evdən küçəyə çıxmasını düşünülməmiş hərəkət adlandırıb. Promes görüntüləndiyi video ilə əlaqədar üzrxahlıq edərək, hamıya belə çətin zamanda güc arzulayıb.

Digər Xəbərlər
Xəbər Lenti
18 Mart 11:00 Görürsüz, nə var?