Koronavirusa yoluxan federasiya prezidenti sağaldı

28 Mart 2020 01:10 Dünya futbolu 439
Koronavirusa yoluxan federasiya prezidenti sağaldı

Serbiya Futbol Birliyinin (FSS) prezidenti Slavişa Kokeza koronavirusa qalib gəlib.

Sportinfo.az xəbər verir ki, FSS-in həkimlər komissiyasının rəhbəri Milko Ristiç yerli mətbuata açıqlamasında federasiya prezidentinin artıq tam sağaldığını bildirib:

“Slavişa Kokeza sağalıb. O, özünü yaxşı hiss edir və yaxın günlərdə evə buraxılacaq”.

43 yaşlı futbol funksionerindən martın 13-də götürülən testin nəticəsi müsbət nəticə vermişdi. Slavişa Kokeza 2016-cı ildən Serbiya Futbol Birliyinin rezidentidir.

Digər Xəbərlər
Xəbər Lenti