Yeni mövsümün startı təxirə salındı

25 Fevral 2020 00:56 Dünya futbolu 754
Yeni mövsümün startı təxirə salındı

Cənubi Koreya çempionatında yeni mövsümün ilk turunun oyunları qeyri-müəyyən müddətə təxirə salınıb.

Sportinfo.az xəbər verir ki, çempionatın startının təxirə salınmasına səbəb ölkədə koronavirus xəstəliyinin yayılmasıdır.

Yerli çempionatın startı fevralın 29-na nəzərdə tutulmuşdu. Son günlərdə Cənubi Koreyada koronavirusa yoluxanların sayı kəskin artmaqdadır. Cənubi Koreya çempionatının başlama vaxtı yaxın zamanda elan ediləcək.

Digər Xəbərlər
Xəbər Lenti