Dadaşovun klubunda baş məşqçiylə yeni müqavilə

26 Yanvar 2020 14:50 Dünya futbolu 542
Dadaşovun klubunda baş məşqçiylə yeni müqavilə

Azərbaycan millisinin futbolçusu Rüfət Dadaşovun çıxış etdiyi ABŞ təmsilçisi "Feniks Rizinq" baş məşqçisi Rik Şansla müqavilənin müddətini uzadıb.

Sportinfo.az Arizona təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, onun yeni sözləşməsi 2022-ci ilin sonuna kimi nəzərdə tutulub.

Rik Şans 2018-ci ildən "Feniks Rizinq"ə rəhbərlik edir. Rüfət Dadaşov komandaya bu ay Almaniyadan - "Pröyssen Munster"dən gəlib.

Klublar transfer şərtlərini açıqlamamağa dair razılığa gəliblər. 2013-cü ildən Azərbaycan yığmasının şərəfini qoruyan 29 yaşlı forvard məhz baş məşqçi ilə danışdıqdan sonra bu ABŞ təmsilçisini seçdiyini vurğulayıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"