“Yoldaşım üçün çox darıxıram” - FOTOLAR

28 Dekabr 2024 03:10 Dünya futbolu 745
“Yoldaşım üçün çox darıxıram” - FOTOLAR

“Təyyarədə yoldaşımla yan-yana oturmuşduq, hadisədən sonra onu görməmişəm”​.

Bunu APA-ya açıqlamasında AZAL-ın Qazaxıstanın Aktau şəhərində təyyarə qəzasından sağ çıxan Nurulla Siracov deyib.

“Qazaxıstanda da, Azərbaycanda da bizə çox yaxşı baxırlar, hər iki ölkənin həkimlərindən razı qaldım. Lap yaxşı baxırlar mənə, bundan yaxşısı olmur. Az öncə qızım və yeznəm gəlmişdi. Onlar Bakıdadırlar. Gəlib mənlə görüşüb getdilər. Qalanları ilə də görüşəcəm ya evdə, ya da bura gələrlər. Bircə bilmək istəyirəm ki, yoldaşım yaxşıdırmı? İnşallah görüşərik. Təyyarədə yan-yana oturmuşduq. Ondan sonra mən onu görməmişəm. Onun üçün çox darıxıram”, - Nurulla Siracov qeyd edib.


Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti