Arda Turanın komandası finaldan kənarda qaldı - VİDEO

8 May 10:00 Dünya futbolu 671
Arda Turanın komandası finaldan kənarda qaldı - VİDEO

Konfrans Liqasında yarımfinal mərhələsinə yekun vurulub.

Sportinfo.az xəbər verir ki, raundun cavab oyunlarından sonra turnirin finalçıları müəyyənləşib.

İngiltərənin “Kristal Pelas” klubu doğma meydanda Arda Turanın baş məşqçisi olduğu Ukrayna təmsilçisi “Şaxtyor”u qəbul edib.

Gərgin keçən qarşılaşma London təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Digər yarımfinal matçında isə Fransanın “Strasburq” klubu İspaniya təmsilçisi “Rayo Valyekano” ilə üz-üzə gəlib. Fransızlar bu görüşdə də rəqibinə minimal hesabla məğlub olaraq turnirlə vidalaşıblar.

Beləliklə, iki oyunun nəticəsinə görə “Kristal Pelas” və “Rayo Valyekano” finala vəsiqə qazanıblar.

Konfrans Liqasının həlledici final matçı mayın 27-də Almaniyanın Leyptsiq şəhərində keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
19 Oktyabr 18:10 Çək və bizə göndər!
19 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
19 Oktyabr 09:40 “Zirə” cadulanıb?