Neymarın başı problemdən açılmır - DÇ-dən qabaq zədələndi

01:40 Dünya futbolu 79
Neymarın başı problemdən açılmır - DÇ-dən qabaq zədələndi

“Santos” və Braziliya millisinin hücumçusu Neymarın yenidən səhhətində problem yaranıb.

Sportinfo.az “Ge Globo” nəşrinə istinadən xəbər verir ki, DÇ-2026-nın hazırlıq mərhələsinin startı ərəfəsində 34 yaşlı futbolçunun sağ baldır əzələsində şişkinlik aşkarlanıb.

Mənbənin məlumatına görə, zədə o qədər də ciddi hesab olunmasa da, ulduz futbolçu xüsusi müalicə kursu keçməli və fiziki yüklənmələrdən qaçmalı olacaq.

Hazırda hücumçu bərpa prosesini “Santos”un məşq bazasında, şəxsi həkimlərinin, eləcə də Braziliya Futbol Konfederasiyasının mütəxəssislərinin ciddi nəzarəti altında keçir.

İlkin proqnozlara görə, braziliyalı oyunçu artıq mayın 27-də ümumi qrupa qayıtmağa və dünya çempionatına hazırlaşmaq üçün milli komandaya tam şəkildə qoşulmağa hazır olacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti