“Mən danışmalı olduğumu anladım, çünki haqqımda yayılan şayiələrin heç bir əsası yoxdur"

21:40 Dünya futbolu 104
“Mən danışmalı olduğumu anladım, çünki haqqımda yayılan şayiələrin heç bir əsası yoxdur"

“Barselona”nın vingeri Runi Bardqi 2026-cı il dünya çempionatı üçün İsveç millisinin heyətinə çağırılmaması ilə bağlı yayılan iddialara münasibət bildirib.

Əvvəllər 20 yaşlı futbolçunun milliyə düşməməsinin oyun səbəbləri ilə bağlı olmadığı iddia edilirdi. Ancaq o, bu şayiələri təkzib edib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, isveçli futbolçu haqqında yayılan məlumatların əsassız olduğunu deyib:

“Mən danışmalı olduğumu anladım, çünki haqqımda yayılan şayiələrin heç bir əsası yox idi. Deyilənlərin əksinə olaraq, matçdan sonrakı şam yeməyi çox xoş keçdi.

Biz bunu komanda yoldaşlarımla birlikdə, “Barselona”dakı La Liqa qələbəmizdə olduğu kimi qeyd etdik”.

Bardqi cari mövsümdə bütün turnirlərdə 28 oyuna çıxıb, 2 qol vurub və 4 məhsuldar ötürmə verib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti