200 milyonluq müqaviləyə “yox” deyib: “Heç nəyə zəmanət verilmirdi”

22:00 İngiltərə 80
200 milyonluq müqaviləyə “yox” deyib: “Heç nəyə zəmanət verilmirdi”

“Mançester Yunayted”in yarımmüdafiəçisi Bruno Fernandes Səudiyyə Ərəbistanı klublarından biri ilə 200 milyon funt sterlinqlik müqavilədən niyə imtina etdiyindən danışıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı futbolçu İngiltərə klubunda qalmaq qərarını belə izah edib:

“Şəhərimin tarixində ən varlı adam olmaq əvəzinə, xəyallarımı gerçəkləşdirmək istəyirəm. Və bu dəyərləri övladlarıma ötürmək istəyirəm.

Baxın, həyat yoldaşım… O, cəmi 17 yaşımda xəyalımı mənimlə izləməyə qərar verdi. 16 yaşımdan bəri onunla birlikdəyəm.

17 yaşımda İtaliyaya köçdüm və ayda 1700 avro qazanırdım. Çox qeyri-müəyyənlik var idi, heç nəyə zəmanət verilmirdi.

Həyat yoldaşımın öz həyatı, öz xəyalları var idi və o, “sənə kömək edəcəm” dedi və bunu etdi. Bu gün iki gözəl övladı olan gözəl bir ailəmiz var”.

Fernandesin “Mançester Yunayted”lə hazırkı müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti