FİFA bu qapıçının millidə çıxışına icazə vermədi

00:00 Dünya futbolu 87
FİFA bu qapıçının millidə çıxışına icazə vermədi

FİFA “Bodo-Qlimt”in qapıçısı Nikita Xaykinin Norveç millisində çıxış etməsinə icazə verməyib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Xaykin daha əvvəl Norveç vətəndaşlığı alsa da, FİFA onun milli komanda səviyyəsində ölkə dəyişməsinə hələlik razılıq verməyib.

Bununla belə, tərəflər arasında danışıqların davam etdiyi bildirilir.

30 yaşlı qolkiper İsrailin Netanya şəhərində dünyaya gəlib. Ailəsi iki il sonra Rusiyaya köçüb.

Haykin futbol karyerasına “FSM Torpedo”da başlayıb, daha sonra “Çelsi”, “Portsmut” və “Ridinq”in akademiyalarında çıxış edib.

O, 2019-2022-ci illərdə “Bodo-Qlimt”in formasını geyinib, 2023-cü ildə isə yenidən Norveç klubuna qayıdıb.

Qaydalara əsasən, 18 yaşdan yuxarı futbolçu milli komandasını dəyişmək üçün yeni ölkənin ərazisində ən azı beş il fasiləsiz yaşamalıdır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti