"Hazırda məşqçilik etməyəcəm, mənə fasilə lazımdır"

01:30 Dünya futbolu 72
"Hazırda məşqçilik etməyəcəm, mənə fasilə lazımdır"

“Ayaks” növbəti mövsüm üçün baş məşqçi postuna Ernesto Valverdenin namizədliyini nəzərdən keçirib.

Sportinfo.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.

Niderland klubunun idman direktoru Jordi Kroyff ispaniyalı mütəxəssisin iş prinsipini yaxşı tanıyır və Valverdenin “Atletik”dən ayrılacağının dəqiqləşməsindən sonra onun təyinatında maraqlı olub.

Ancaq Valverde yaxın müddətdə gələn bütün təklifləri geri çevirmək və karyerasında fasilə götürmək qərarı verib:

“Dincəlməyə ehtiyacım var. Mövsüm çox gərgin keçdi. Hazırda məşqçilik etməyəcəm, mənə fasilə lazımdır”.

Valverdenin imtinasından sonra “Jirona”nın baş məşqçisi Maykl Sançez “Ayaks”ın əsas namizədi hesab olunur. Bununla belə, tərəflər arasında hələlik rəsmi razılaşma əldə olunmayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti