Ronaldo ilk dəfə çempion oldu - Səudiyyə Ərəbistanında

10:00 Dünya futbolu 65
Ronaldo ilk dəfə çempion oldu - Səudiyyə Ərəbistanında

Portuqaliya millisi və “Əl-Nəsr”in hücumçusu Kriştianu Ronaldo komandasının heyətində karyerasında ilk dəfə Səudiyyə Ərəbistanı çempionu olub.

Sportinfo.az xəbər verir ki, Səudiyyə Ərəbistanı Pro Liqasının sonuncu – 34-cü turunda “Əl-Nəsr” öz meydanında “Damak”ı 4:1 hesabı ilə darmadağın edib.

Bu qələbə ilə xallarını 86-ya çatdıran Ər-Riyad təmsilçisi mövsümü birinci pillədə başa vuraraq çempionluq kubokunu başı üzərinə qaldırıb.

Portuqaliyalı ulduzun 2023-cü ildəki gəlişindən sonra komandanın ən yaxşı nəticəsi ikinci yer idi.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti