41 yaşlı ulduzun müqavilə müddətini uzatmadılar - RƏSMİ VİDA

22 May 10:20 Dünya futbolu 582
41 yaşlı ulduzun müqavilə müddətini uzatmadılar - RƏSMİ VİDA

“Portu” braziliyalı müdafiəçisi Tyaqo Silva ilə yolları ayırdığını rəsmən açıqlayıb.

Sportinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “əjdahalar” 41 yaşlı futbolçunun başa çatan müqavilə müddətinin uzadılmayacağını bəyan ediblər.

Silva son mövsümdə “Portu”nun heyətində 14 matça çıxıb və Portuqaliya çempionu adını qazanıb.

Təcrübəli müdafiəçi karyerası ərzində İtaliyanın “Milan”, Fransanın PSJ, İngiltərənin “Çelsi” və Braziliyanın “Fluminense” klublarında çıxış edib.

O, 2005-ci ildə Rusiyanın “Dinamo” (Moskva) komandasının heyətində yer alsa da, heç bir rəsmi oyuna çıxmayıb.

Digər Xəbərlər
Xəbər Lenti
19 Oktyabr 18:10 Çək və bizə göndər!
19 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
19 Oktyabr 09:40 “Zirə” cadulanıb?