“Çox danışırıq, o, qətiyyətlidir və nəyə ehtiyacı olduğunu dəqiq bilir”

18:40 Dünya futbolu 77
“Çox danışırıq, o, qətiyyətlidir və nəyə ehtiyacı olduğunu dəqiq bilir”

Braziliyalı sabiq futbolçu Kafu milli komandanın 2026-cı il dünya çempionatı üçün heyətinin açıqlanmasından danışıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, baş məşqçi Karlo Ançelottinin heyət seçiminə şübhə etmədiyini bildirib:

“Ançelotti ilə çox danışırıq. O, qətiyyətlidir və nəyə ehtiyacı olduğunu dəqiq bilir. Son oyunlara əsasən fikrini dəyişməyəcək. Ançelotti artıq nə edəcəyini bilir”.

Kafu daha əvvəl “Milan”da italiyalı baş məşqçinin rəhbərliyi altında oynayıb.

Əsas müzakirə olunan məsələlərdən biri Neymarın Braziliya millisinə qayıtmasıdır. Ançelotti özü bu yaxınlarda 34 yaşlı hücumçu ilə bağlı fikirlərini bölüşmüşdü.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti