Portuqaliyalı futbolçu Joao Palinyadan “Tottenhem”də qalmaq istəyib-istəmədiyi soruşulub. O, son mövsümü icarə əsasında İngiltərə klubunda keçirib.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Palinya, kluba gəldiyi ilk gündən özünü evdəki kimi hiss etdiyini bildirib:
“Kluba gəldiyim ilk gündən özümü evdəki kimi hiss etdim. Kim “Tottenhem”də oynayıb, burada qalmaq istəməz ki? Mən həqiqətən də burada qalmaq istərdim”.
Əvvəllər “Tottenhem”in Palinyanı “Bayern”dən transfer etməkdə maraqlı olmadığı bildirilirdi. Ancaq Roberto De Zerbinin kluba baş məşqçi kimi gəlişindən sonra vəziyyət dəyişib.
30 yaşlı yarımmüdafiəçi “Tottenhem”in heyətində 45 oyunda meydana çıxıb, 7 qol vurub və 3 məhsuldar ötürmə verib.

