“Bir il əvvəl bu komanda üçün çox şey sual idi" - FOTO

27 May 02:10 Hadisə 514
“Bir il əvvəl bu komanda üçün çox şey sual idi" - FOTO

"İmişli"nin kapitanı Azər Salahlı sosial şəbəkə hesabında paylaşım edib.

Sportinfo.az xəbər verir ki, bölgə klubunun müdafiəçisi mövsümü dəyərləndirib:

“Bir il əvvəl bu komanda üçün çox şey sual idi. Bu gün isə artıq cavabı meydanda vermişik

İlk mövsümümüzdə Premyer Liqanın nə qədər ağır olduğunu gördük. Təcrübə az ola bilərdi, amma xarakterimiz və motivasiyamız yüksək idi.

Hər oyunda, hər mübarizədə bu formanı son ana qədər layiqincə daşımağa çalışdıq. Kapitan olaraq belə bir kollektivin parçası olmaq mənim üçün qürurdur.

Çünki bu komanda təkcə futbol oynamadı - xarakter göstərdi, birlik göstərdi, inam göstərdi.

Azarkeşlərimizə, məşqçilərimizə və son ana qədər bizimlə olan hər kəsə təşəkkür edirəm!".

Premyer Liqanın debütantı olan "İmişli" mövsümü 9-cu pillədə başa vurub.

Digər Xəbərlər
Xəbər Lenti
28 Avqust 18:10 Çək və bizə göndər!