“Mənim kimliyim, ürəyim və qürurum...” - Ölkəyə xəyanətdə ittiham olunan Sərdardan AÇIQLAMA

00:20 Dünya futbolu 99
“Mənim kimliyim, ürəyim və qürurum...” - Ölkəyə xəyanətdə ittiham olunan Sərdardan AÇIQLAMA

“Əl-Əhli”nin hücumçusu Sərdar Azmun İran millisinin DÇ-2026 üçün heyətinə daxil edilməməsindən sonra açıqlama verib.

O, İranla münasibətləri yaxşı olmayan Birləşmiş Ərəb Əmirliklərinin baş naziri ilə birgə fotosundan sonra ölkəsinə sədaqətsizlikdə ittiham olunmuşdu.

Sportinfo.az xəbər verir ki, 31 yaşlı futbolçu sosial şəbəkə hesabındakı paylaşımda ölkəsinə bağlılığını vurğulayıb:

“Mən hər zaman millim üçün qürurla oynamışam. Futbolu və ölkəmdəki gözəl, ləyaqətli insanları sevirəm.

Harada çıxış etməyimdən asılı olmayaraq, mənim kimliyim, ürəyim və qürurum İrandır”.

Azmun cari mövsümdə bütün turnirlərdə 15 oyunda meydana çıxıb, 3 qol vurub və 2 məhsuldar ötürmə verib.

İran millisi DÇ-2026-nın qrup mərhələsində Belçika, Misir və Yeni Zelandiya yığmaları ilə qarşılaşacaq.

11 iyun-19 iyul tarixlərini əhatə edəcək mundial ABŞ, Kanada və Meksika olmaqla üç ölkədə keçiriləcək. Mundiala 48 komanda qatılacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti