“Tottenhem” heyətini gücləndirmək istiqamətində ilk ciddi transferlərindən birini reallaşdırmağa yaxındır.
London klubu Markos Senesi ilə şifahi razılıq əldə edib.
Sportinfo.az ESPN-ə istinadən xəbər verir ki, “Bornmut”dan ayrılmağa hazırlaşan 29 yaşlı müdafiəçi azad agent kimi “Tottenhem”ə qoşulacaq.
Gözlənilməz problem yaranmasa, argentinalı futbolçu yeni baş məşqçi Roberto De Zerbinin dövründə klubun ilk transferlərindən biri olacaq.
Bundan əvvəl “Barselona”, “Yuventus” və Avropanın digər top-klublarının da Senesi ilə maraqlandığı bildirilirdi.
O, son mövsümdə Premyer Liqada 37 oyunda meydana çıxıb, 5 məhsuldar ötürmə verib.

