Messi peşəkar karyerasında 907-ci qolu Kanadada vurdu

10 May 00:20 Dünya futbolu 682
Messi peşəkar karyerasında 907-ci qolu Kanadada vurdu

“İnter Mayami” klubu MLS çərçivəsində Kanadada keçirilən matçda “Toronto” üzərində 4:2 hesablı inamlı qələbə qazanıb.

Sportinfo.az xəbər verir ki, “Bi-Em-O Fild” stadionunda baş tutan qarşılaşmada qalib komandanın heyətində Rodriqo De Paul, Luis Suares və Serxio Reqilon hərəyə bir dəfə fərqləniblər.

Komandanın kapitanı Lionel Messi isə vurduğu bir qolla yanaşı, iki məhsuldar ötürmə ilə yadda qalıb. “Toronto”nun heyətində hər iki qolun müəllifi Emilio Aristisabal olub.

B, Messinin peşəkar karyerasında vurduğu 907-ci qol kimi tarixə düşüb.

Digər Xəbərlər
Xəbər Lenti
19 Oktyabr 18:10 Çək və bizə göndər!
19 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
19 Oktyabr 09:40 “Zirə” cadulanıb?