Belçikanın xarici işlər naziri Hadja Lahbib Brüsseldə atışma nəticəsində 2 nəfər futbol azərkeşinin öldürülməsini terror aktı adlandırıb.
Sportinfo.az xəbər verir ki, o bu barədə “X” hesabında yazıb.
"Brüsselin mərkəzində iki nəfərin ölümü ilə nəticələnən terror aktı məni dəhşətə gətirir. Radikalizmlə mübarizə üçün bütün lazımi vasitələr səfərbər edilməlidir. Qurbanlar üçün dua edirəm", - deyə o bildirib.
Brüsseldə atışma nəticəsində 2 nəfər ölüb, bir neçə nəfər yaralanıb. Ölənlər İsveç milli futbol komandasının azarkeşləri olub.

