“Kəpəz”in qapıçısı Məmməd Hüseynov subaylığın daşını atıb.
Sportinfo.az xəbər verir ki, toy məclisi Bakıda yerləşən restoranların birində baş tutub.
Toyda idman ictimaiyyətinin tanınmış simaları, o cümlədən bəyin komanda yoldaşları və yaxın dostları iştirak ediblər.
Gecənin ən diqqətçəkən qonaqlarından biri isə bir neçə gün öncə “Qarabağ”dan Türkiyənin I Liqasına vəsiqə qazanan “Bursaspor”a transfer olunan Toral Bayramov olub.
Müdafiəşi toy məclisinə əliboş gəlməyib. O, yeni komandasının rəsmi formasını və şərfini bəylə gəlinə təqdim edərək maraqlı bir jest edib.

