“Çelsi”nin hücumçusu Joao Pedro Braziliya yığmasının dünya çempionatı üçün yekun heyətinə daxil edilməyib.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “sambaçılar”ın baş məşqçisi Karlo Ançelotti qərarı ilə bağlı belə deyib:
“Heyətə daxil olmayan oyunçulara görə çox üzr istəyirəm. Həqiqətən, üzr istəyirəm. Bu, məni kədərləndirir. Andrey Santos, Joao Pedro…
Onların gələcəkdə şansları olacaq. İnanın, Joao Pedroya görə üzgünəm. Belə bir mövsümdən sonra o, yəqin ki, dünya çempionatına getməyə layiq idi.
Lakin bütün hörmətimizi və yüksək rəqabəti nəzərə alaraq, həmin yer üçün digər oyunçuları seçdik. Amma Joao Pedroya görə həqiqətən üzgünəm”.
Bu ilin 11 iyun-19 iyul tarixlərini əhatə edəcək mundial ABŞ, Kanada və Meksika olmaqla üç ölkədə keçiriləcək. Turnirə 48 komanda qatılacaq.

