Ölkəmizdə hərbçilər şəxsi jetonla təmin ediləcək

07:20 Bizimkilər 653
Ölkəmizdə hərbçilər şəxsi jetonla təmin ediləcək

Hərbi qulluqçular şəxsi jetonla təmin olunacaq.

Bununla bağlı məsələ Milli Məclisin iclasında müzakirə edilən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarda dəyişiklik layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, onlar hərbi xidmət keçdikləri dövlət orqanları, onların strukturuna daxil olan qurumlar tərəfindən şəxsi jetonla təmin ediləcəklər.

Sənəddə bildirilib ki, hərbi qulluqçuların şəxsi jetonla təmin edilməsi, həmçinin şəxsi jetonun təsviri, xüsusiyyətləri və uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunacaq.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti