COP29

Baş məşqçi Şahrudini niyə qapıdan çıxarıb? - "Məsuliyyəti üzərimə götürdüm, risk etdim"

19 Fevral 14:20 Dünya futbolu 724
Baş məşqçi Şahrudini niyə qapıdan çıxarıb? - "Məsuliyyəti üzərimə götürdüm, risk etdim"

"Adana Dəmirspor"un baş məşqçisi Hikmət Karaman Türkiyə Superliqasının XXVI turunda "Alanyaspor"la matçın fasiləsində Azərbaycan millisinin qapıçısı Şahrudin Məhəmmədəliyevin əvəzlənməsinə münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, mütəxəssis bu məsələ barədə mətbuat konfransında danışıb.

Karaman fərdi səhvlər olanda oyunçuları, sistemi və taktikanı dəyişməyin çətin olduğunu söyləyib:

"Nəhayət, ikinci hissəyə qapıçı dəyişikliyi ilə başladım. Bəli, bütün məsuliyyəti öz üzərimə götürərək risk etdim.

İki qol buraxan və ruhdan düşən dostumuz var idi. Belə hallar ola bilər. O da bizim oyunçumuzdur.

Problem yoxdur. Amma matça daxil olan Vedat Karakuş da penaltini qaytardı, qurtarışlar etdi. O, "mən də bu rəqabətdə varam" dedi".

Qarşılaşma 3:3 hesabı ilə başa çatıb. "Adana Dəmirspor" fasiləyə 0:2 hesablı məğlubiyyətlə yollanmışdı.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!