Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin ilk oyunları davam edir.
Sportinfo.az xəbər verir ki, bu gün daha 6 görüş keçirilib.
Azərbaycan təmsilçisi “Neftçi” Bakıda Minsk “Dinamo”suna uduzub - 2:4.
“Başakşəhər” Finlandiyadan “İnter Turku” ilə heç-heçə edib - 1:1.
"Neftçi"nin 3-cü təsnifat mərhəsindəki potensial rəqiblərinin oyununda isə qonaqlar qələbə qazanıb. Portuqaliyanın "Braqa" klubu Serbiyada "Jelezniçar"ı üstələyib - 1:0.
"Neftçi" (Azərbaycan) – "Dinamo" (Minsk, Belarus) - 2:4
"Bohemians" (İrlandiya) – "Balkani" (Kosovo) - 2:1
"Başakşəhər" (Türkiyə) – "İnter Turku" (Finlandiya) - 1:1
"Vardar" (Şimali Makedoniya) – "Riqa" (Latviya) - 2:3
"Spartak" (Trnava, Slovakiya) – "SSKA 1948" (Bolqarıstan) - 0:0
"Jelezniçar" (Serbiya) – "Braqa" (Portuqaliya) - 0:1
"Höteborq" (İsveç) – "Levadiya" (Estoniya) - 1:2
"Floriana" (Malta) – "Drita" (Kosovo) 1:1
"Bissen" (Lüksemburq) – "Dyor Eto" (Macarıstan) - 2:6

