Milliyə çağırılmadı, həftəsonunu qumarxanada keçirdi

20:50 Dünya futbolu 67
Milliyə çağırılmadı, həftəsonunu qumarxanada keçirdi

“Santos”un hücumçusu Neymar həftəsonunu qumara həsr edib.

Sportinfo/az xəbər verir ki, braziliyalı futbolçu saatlarla onlayn poker oynayıb.

Məlumatda qeyd olunub ki, o, şənbə günü saat 14:30-dan 22:00-a qədər vaxtını oyunda keçirib. Bazar günü isə bu fəaliyyəti davam etdirərək 14:00-dan 23:00-a qədər oyunda olub.

A seriyasında “Kruzeyro” - “Santos” oyunu bazar günü saat 16:00-da keçirildiyi halda Neymar həmin vaxt da poker turnirində iştirak edib.

Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti Neymarı millinin heyətinə daxil etməyib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti