“Bizi təəccübləndirən onun nə deməsi yox, bunu necə deməsi oldu”

16:55 Dünya futbolu 71
“Bizi təəccübləndirən onun nə deməsi yox, bunu necə deməsi oldu”

“Real”ın sabiq futbolçusu Klarens Zeedorf irqçilik qalmaqalı ilə gündəmə gələn Vinisius Junior ətrafındakı vəziyyətə münasibət bildirib.

Çempionlar Liqasının “Benfika” – “Real” oyununda (0:1) Vinisius qol sevincini qeyd etdikdən sonra münaqişə yaşanmışdı.

Braziliyalı futbolçu,rəqib oyunçu Canluka Prestianni tərəfindən irqçi təhqirə məruz qaldığını iddia etmişdi və matç qısa müddətə dayandırılmışdı.

Oyundan sonra “Benfika”nın baş məşqçisi Joze Mourinyo belə demişdi:

“Nəsə düzgün deyil. Vinisiusun oynadığı hər stadionda daim nəsə baş verir”.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, niderlandlı sabiq futbolçu isə bu açıqlamaya görə Mourinyonu tənqid edib:

“Bizi təəccübləndirən Mourinyonun nə deməsi yox, bunu necə deməsi oldu. O, çox güclü kommunikator (ünsiyyətcil) və idmanda parlaq fiqurdur.

Amma belə səviyyəli insan bu cür açıqlama verəndə bu, düzgün deyil. O, səhv etdi. Sonradan bunu düzəltdi – bu, normaldır.

Əsas olan odur ki, kim səhv edirsə, ona bunu göstərmək lazımdır. Sabah mən də səhv edə bilərəm və bu, başqalarına zərər verərsə, mənə də bunu deməlidirlər”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti