“Son illərdə əldə etdiklərimizi nəzərə alsaq, hər kəs bizi udmaq istəyir”

20:50 Dünya futbolu 90
“Son illərdə əldə etdiklərimizi nəzərə alsaq, hər kəs bizi udmaq istəyir”

Argentina millisinin və “İnter”in hücumçusu Lautaro Martines hesab edir ki, ölkəsinin komandası hazırda İspaniya yığmasından güclüdür.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 28 yaşlı forvard, bugünkü vəziyyətdə Argentina millisinin İspaniya yığmasından güclü olduğunu bildirib:

“Bugünkü vəziyyətdə Argentina millisi İspaniya yığmasından güclüdür. Fransa, İspaniya və Portuqaliyanı nümunə göstərə bilərik.

Onların komandaları möhtəşəm formada, oyunçuları zirvədədir. Mən onları da favorit hesab edirəm

. Amma Argentina millisi həmişə bu uğur üçün şanslıdır, çünki oyunçuların səviyyəsi və son illərdəki nailiyyətlər bunu göstərir.

Bilirik ki, standartlar çox yüksəkdir. Son illərdə əldə etdiklərimizi nəzərə alsaq, hər kəs bizi məğlub etmək istəyir.

Biz yarışmaqda davam etməliyik və Argentina üçün mümkün qədər irəliləmək arzusu ilə oynamağa çalışmalıyıq”.

Martinesin sözlərindən belə çıxır ki, Argentina millisi hər zaman dünya çempionu olmaq məqsədi güdür və yüksək səviyyəli oyunçuları ilə bunu reallaşdırmağa qadirdir.

Növbəti dünya çempionatı bu ilin yayında keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti