“Futbol izləməyi sevmirəm, xoşuma gəlmir, əsəbiləşməyə başlayıram” - Ronaldinyodan etiraf

24 Fevral 01:40 Dünya futbolu 303
“Futbol izləməyi sevmirəm, xoşuma gəlmir, əsəbiləşməyə başlayıram” - Ronaldinyodan etiraf

“Barselona”nın və Braziliya millisinin sabiq futbolçusu Ronaldinyo futbol matçlarını izləməyi sevmədiyini etiraf edib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, oyunların yalnız icmallarına baxmağa üstünlük verir:

“Futbol izləməyi sevmirəm. Mənə yalnız əsas epizodlar maraqlıdır, 90 dəqiqə çox uzundur.

Yalnız final və ya derbi oyunları olsa, baxa bilərəm. Digər hallarda isə xoşuma gəlmir.

Oyuna baxanda əsəbiləşməyə başlayıram. Düşünürsən ki, “bu futbolçu bu cür ötürməni necə qaçıra bildi?” Və bu, məni qıcıqlandırır”.

Braziliyalı sabiq futbolçu bu fikirləri “Real”la “Barselona” əfsanələrinin Los-Ancelesdə keçirilən qarşılaşması (1:1) öncəsi səsləndirib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
16 Aprel 18:10 Çək və bizə göndər!
16 Aprel 14:20 Bir də yayda qayıdacaq
16 Aprel 00:50 Yenə qazaxlara uduzduq