Ronaldo son qərarını verdi: Səudiyyə Ərəbistanında qalacaqmı? - VİDEO

23 Fevral 21:40 Dünya futbolu 329
Ronaldo son qərarını verdi: Səudiyyə Ərəbistanında qalacaqmı? - VİDEO

“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı Futbol Çempionatının 23-cü turunda “Əl-Həzm”ə qarşı keçirilən oyunda iki qol vurub.

Sportinfo.az xəbər verir ki, qarşılaşma “Əl-Nəsr”in 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Matçdan sonra Ronaldo gələcək planları ilə bağlı açıqlama verib. Təcrübəli futbolçu Səudiyyə Ərəbistanında çıxışını davam etdirmək niyyətində olduğunu bildirib.

“Mən Səudiyyə Ərəbistanına məxsusam. Burada davam etmək istəyirəm.

Bu, məni, eləcə də, ailəmi və dostlarımı qarşılayan bir ölkədir. Burada xoşbəxtəm və burada davam etmək istəyirəm”, – deyə o vurğulayıb.

Portuqaliyalı ulduzun açıqlamasını tanınmış idman jurnalisti Fabrizio Romano “X” sosial şəbəkə hesabında paylaşıb.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Kriştiano Ronaldoya videomüraciət ünvanlayıb.

Prezident futbolçunu mümkün qədər tez ABŞ-yə gəlməyə çağırıb:

“Sən bizə ABŞ-də lazımsan. Sən bütün zamanların ən böyük oyunçususan”.

Sözügedən müraciət Ronaldonun karyerasını ABŞ-nin MLS liqasında davam etdirə biləcəyi ilə bağlı yayılan şayiələri daha da gücləndirib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
16 Aprel 18:10 Çək və bizə göndər!
16 Aprel 14:20 Bir də yayda qayıdacaq
16 Aprel 00:50 Yenə qazaxlara uduzduq